AZ

Vaşinqton 240 min ukraynalını qaçqın statusundan məhrum edə bilər

Bakı, 6 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp administrasiyası Birləşmiş Ştatlara sığınan azı 240 min ukraynalının qaçqın statusunu ləğv etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

“Ağ ev müharibədən qaçan təxminən 240 min ukraynalının müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır”, – deyə məlumatda bildirilir. Qeyd olunur ki, müvəqqəti hüquqi statusu olmayan şəxslər sürətləndirilmiş deportasiyaya məruz qala bilərlər.

Xatırladaq ki, bir müddət öncə Donald Tramp administrasiyası sabiq dövlət başçısı Cozef Bayden dövründə Birləşmiş Ştatlara giriş icazəsi verilən Latın Amerikası və Ukraynadan gələn mühacirlərin immiqrasiya müraciətlərinə baxılmasını dayandırıb.

 

Seçilən
25
2
azertag.az

3Mənbələr