AZ

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” nə iş görür? (FOTO)

Bakı. Trend:

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960Çağrı Mərkəzi” yarandığı 2021-ci ildən bəri öz işini uğurla həyatakeçirməyə çalışır. Ümumiyyətlə, Əqli Mülkiyyət Agentliyi vətəndaşməmnunluğunu yaratmağı əsas vəzifələrdən biri kimi qarşıyaqoyub.

Trendxəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış“İddiaçıların Əqli Mülkiyyətə dair Sorğuları üzrə iş sektoru (ÇağrıMərkəzi) dövlət orqanında qanunçuluğun təmin edilməsi,müraciətlərin obyektiv araşdırılması və cavablandırılması,sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətintəkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaşməmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur. ÇağrıMərkəzinin təyinatı Agentliyin fəaliyyəti ilə bağlı sualların(sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlımüraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonracavablandırılmasından, məlumatlandırma və məsləhət xidmətigöstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbuluvə yönləndirilməsindən ibarətdir.

Çağrı Mərkəzinin “960” qaynar xətti ilə əlaqə gün ərzində saat9:00-dan 18:00-a kimi fasiləsiz olaraq təmin edilir. 960 qaynarxəttinə hər ay minlərlə zəng daxil olur. Sual-cavab kateqoriyasınaəsasən zənglər ixtiralar, sənaye nümunəsi, əmtəə nişanları, müəllifhüquqları, hüquq, reyestr xidmətləri, maliyyə, Apellyasiya Şurası,PƏNAH sistemində qeydiyyat, həmçinin iddia sənədlərinin icravəziyyəti və sairəni əhatə edir. Mərkəzin əməkdaşları daxil olansualları ya birbaşa, ya da araşdırıb geri dönüş etməkləcavablandırır, zəruri hallarda isə müvafiq şöbələrin əməkdaşlarınayönləndirirlər.

Çağrı Mərkəzində iddiaçıların və sahibkarların əqli mülkiyyətinistənilən sahəsi üzrə məsləhət almağa gəlməsi üçün lazımi şəraityaradılmışdır. Bu məqsədlə xüsusi məsləhət otaqları ayrılmışdır.İddiaçılar məsləhət otaqlarına yaxınlaşaraq, Çağrı Mərkəzininpeşəkar əməkdaşları və ya aidiyyatı şöbələrin ekspertləri ilə canlıünsiyyət quraraq suallarına aydınlıq gətirə bilərlər.

Eyni zamanda Çağrı Mərkəzinin əməkdaşları iki həftəlik növbəlirejimlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyində Əqli Mülkiyət Agentliyinin masasını təmsil edir vəmüraciət edən sahibkarlara əqli mülkiyyətlə bağlı analoji xidmətgöstərirlər.

Əqli Mülkiyyət Agentliyi vətəndaş məmnunluğunun yaradılmasınaçalışır. Xatırladırıq ki, iddiaçıların, müraciət edənlərinünvanladığı xoş sözlər və minnətdarlıq fikirləri bunu bir dahasübut edir.

Çağrı Mərkəzində yalnız xanım əməkdaşlar çalışırlar. 8 mart -Beynəlxalq Qadınlar günüdür. Bu münasibətlə Əqli MülkiyyətAgentliyinin rəhbərliyi və kişi əməkdaşları Çağrı Mərkəzinin xanımişçiləri ilə bərabər Agentliyin bütün xanım əməkdaşlarını təbrikedir.

Əqli
Əqli
Seçilən
3
az.trend.az

1Mənbələr