Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, bu mərhələdə əzəli rəqiblər - "Fənərbağça" və "Qalatasaray"la qarşılaşacaqlar.
"Beşiktaş" "Göztəpə" ilə, "Konyaspor" "İskəndərunspor"la, "Trabzonspor" isə "Bodrumspor"la üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 final mərhələsi bir oyundan ibarət olacaq. Oyunlar adları birinci göstərilən komandaların meydanında baş tutacaq.