AZ

Brüsseldə Zelenskinin iştirakı ilə Aİ sammiti başladı... - FOTO

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqına üzv ölkələrin liderləri müdafiə xərclərinin artırılması və Ukraynaya dəstəyi müzakirə etmək üçün Brüsseldə keçiriləcək Aİ-nin qeyri-rəsmi sammitinə gəliblər.

Hafta.az xəbər verir ki, “UNİAN” müxbirinin verdiyi məlumata görə, prezident Vladimir Zelenski, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir araya gələrək qısa bəyanatlarla çıxış ediblər.

Kosta Avropa Komissiyasına müdafiəyə pulun ən yaxşı şəkildə necə xərclənməsi ilə bağlı konkret qərarlar qəbul etməyə imkan verən aydın təkliflər hazırladığına görə təşəkkür edib.

"Əlbəttə, Avropanın təhlükəsizliyi və müdafiəsi Ukraynanın təhlükəsizliyi və müdafiəsindən ayrı deyil. Avropanın müdafiəsinin gücləndirilməsi Ukraynanın müdafiəsini gücləndirəcək. Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi də öz müdafiəmizi gücləndirmək üçün çox vacibdir. Ona görə də biz hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynanı dəstəkləmək üçün buradayıq", - Kosta vurğulayıb.

O, Zelenskini əmin edib ki, Ukrayna vaxtın onlar üçün uyğun olduğuna qərar verərsə, Aİ Ukraynanın tərəfində olmağa davam edəcək, o cümlədən sülh danışıqları zamanı. Kosta həmçinin vurğulayıb ki, Ukrayna Avropa İttifaqının üzvü kimi gələcəkdə də dəstək alacaq.

Seçilən
24
50
hafta.az

10Mənbələr