AZ

Ukraynaya son üç il ərzində 7 mindən artıq hərbçinin meyiti qaytarılıb

Ukrayna Daxili İşlər Nazirliyində, (DİN) cəbhədə həlak olan döyüşçülərin şəxsiyyətlərinin müəyyən edilərək geri qaytarılmasına həsr olunan "Dönüş. Qalxan üzərindəki qəhrəmanlar” sənədli filminin təqdimatı keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, təqdimat zamanı DİN-nin sözçüsü Mariana Reva bildirib ki, filmin əsas ideyası xüsusi şəraitdə itkin düşmüş şəxslərin repatriasiya və şəxsiyyətinin müəyyən edilməsi və axtarışı proseslərinin vahid mənzərəsini təqdim etməkdir.

Film, 25 dəqiqəlik və sənədli faktlar əsasında çəkilib. Burada meyitlərin (qalıqların) repatriasiyası prosesinin eksklüziv kadrları, ekspertizası zamanı çəkilən kadrlar nümayiş etdirilir.

Həmçinin nazirliyin laboratoriyasında mütəxəssislərin DNT profillərinin alınması istiqamətində gördüyü işlərdən, şəxslərin şəxsiyyətinin müəyyən edilməsi prosesi, qalıqlardan DNT nümunələrinin öyrənilməsində yaranan çətinliklər, cəsədlərin necə saxlanılması və sair təqdim olunur.

Qeyd edək ki, bu prosesləri filmdə, daxili işlər naziri İqor Klimenko, nazirin müavini Leonid Tımçenko, xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkili Artur Dobroserdov, Ukrayna Milli Polis rəisinin birinci müavini – Baş İstintaq Departamentinin rəhbəri Maksim Tsiskrudze, o cümlədən DİN-nin Dövlət Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Mərkəzinin direktor müavini Ruslan Abbasov şərh edirlər.

Bildirilir ki, müharibənin üç ili ərzində həlak olmuş 7017 Ukrayna döyüşlərinin cəsədi Vətənə qaytarılıb.

Seçilən
36
1
report.az

2Mənbələr