UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün Türkiyədə keçiriləcək "Fənərbağça" - "Reyncers" oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.
Publika.az xəbər verir ki, Şotlandiya komandasının azarkeşi İstanbulda ölüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fanatın yol-nəqliyyat hadisəsi zamanı öldüyü bildirilib. Klub bu faciəvi hadisə ilə bağlı hakimiyyət orqanları ilə daim əlaqədə olduqlarını qeyd edib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.