AZ

Haland Messinin hansı xüsusiyyətinə sahib olmaq istəyir?

“Mançester Siti”nin hücumçusu Erlinq Haland oyununu inkişaf etdirmək arzusundadır.

Msport.az xəbər verir ki, norveçli forvard bir neçə xüsusiyyəti gücünə qatmaq istədiyini bildirib.

O, xüsusən də, “İnter Mayami”nin kapitanı Lionel Messidən driblinq bacarığına sahib olmaq istədiyini bildirib: “Mən oyunumda nəyi inkişaf etdirmək istərdim? Çox xüsusiyyət var, amma düşünürəm ki, Messinin driblinqini seçərdim”.

Qeyd edək ki, Erlinq Haland cari mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 28 qol vurub, 3 assist edib.

Seçilən
81
msport.az

1Mənbələr