AZ

Logistika nəhəngi 8000 işçini ixtisar edəcək

Almaniyanın Deutsche Post şirkəti bu ilin sonuna qədər 8,000 işçisini ixtisar edəcəyini açıqlayıb. Şirkət bu addımı yüksək xərclərlə əlaqələndirir və ixtisarların sosial cəhətdən məsuliyyətli şəkildə aparılacağını bildirir.

Yaponiyanın avtomobil istehsalçısı 9 min işçini ixtisar etməyi planlaşdırır

FED.az xəbər verir ki, bu qərar, Almaniyada poçt və bağlama xidmətlərində çalışan 187,000 işçinin təxminən 4%-nə təsir edəcək.

İxtisarlar, Deutsche Post-un daxil olduğu DHL Group-un daha geniş qənaət proqramının bir hissəsidir. Şirkət ötən il 84.2 milyard avro gəlir əldə etsə də, əməliyyat mənfəəti 7.2% azalaraq 5.9 milyard avroya düşüb. Poçt və bağlama xidmətlərindən gəlir 2.7% artsa da, əməliyyat mənfəəti 5.6% azalıb. Bunun əsas səbəbi məktub göndərişlərinin azalması və reklam məktublarının kəskin düşməsidir.

İşçilərin maaşları ilə bağlı bu həftə yeni razılaşma əldə olunub. 2024-cü ilin aprelində maaşlar 2%, 2026-cı ilin aprelində isə 3% artırılacaq. Şirkət rəhbərliyi iqtisadi çətinliklər və dünyadakı qeyri-sabit vəziyyətin gələcəkdə də davam edəcəyini gözlədiyini bildirir.

Seçilən
22
fed.az

1Mənbələr