AZ

XİN başçıları regional məsələləri müzakirə etdi

Martın 6-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi qeyd edilib. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
106
49
konkret.az

10Mənbələr