AZ

YAP Şəmkir rayon təşkilatı8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirdi

06 mart 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlarla görüş keçirilmişdir.

Görüşdə ilk öncə Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bayram münasibətilə xanımları səmimi qəlbdən təbrik etdi, onlara xoş arzularını çatdırdı və gələcək fəaliyyətlərində uğurlar arzuldı. Qadınlara göstərilən dövlət qayğısından söhbət açan  F.Vəliyev ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin, onun dövlət səviyyəsinə qaldırılmasının məhz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin hakimiyyətdə olduğu illərdə bu yönümdə bir çox qanunların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını qeyd etdi. Bu gün Azərbaycanda Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət qadın siyasətinin böyük yüksəliş mərhələsinə qədəm qoyduğundan, qadınlara göstərilən dövlət qayğısından, qadınların Azərbaycan cəmiyyətindəki mühüm rolundan bəhs edərək, 44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğunu vurğuladı və Azərbaycan qadınlarının simvolu, Birinci vitse - prezident, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi.

YAP Şəmkir rayon təşkilatının Düyərli kənd ərazi ilk partiya təşkilatının sədri Aybəniz Nəsibova və partiya fəalı Nüşabə Allahverdiyeva çıxış edərək, bu gün Möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan qadınlarına göstərilən diqqət və qayğıdan, bu sahədə Ulu Öndərin misilsiz xidmətlərindən, Birinci vitse - prezident Mehriban xanım Əliyevanın hər bir qadına nümunə olmasıından danışdılar və göstərilən hörmət və ehtirama görə öz minnətdarlıqlarını bildirdilər.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara bayram hədiyyələri təqdim edildi.

Seçilən
13
yeniazerbaycan.com

1Mənbələr