AZ

Cənubi Koreyanın əhalisi 60 il ərzində iki dəfə azala bilər

2082-ci ildə Cənubi Koreyada 65 və daha yuxarı yaşda olan insanların ümumi əhalinin 58 faizini təşkil edəcəyi gözlənilir. 

Cənubi Koreyanın əhalisinin 60 il ərzində iki dəfə azalacağı proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) məlumat yayıb.

Hesabatda qeyd olunub ki, doğum göstəriciləri bu səviyyədə qalarsa, Cənubi Koreya əhalisinin 60 ildən sonra yarıya qədər azala bilər. 2082-ci ilə qədər 65 və daha yuxarı yaşda olan insanların ümumi əhalinin 58 faizini təşkil edəcəyi gözlənilir. 

Qeyd edək ki, Cənubi Koreya 2023-cü ildə 0,72 ilə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdə qərarlaşıb

Seçilən
13
operativmedia.az

1Mənbələr