AZ

Baykar və Leonardo insansız texnologiyalar sahəsində müqavilə imzaladı

BAKI,TurkicWorld

Qlobal silahlı PUA (Pilotsuz Uçuş Aparatı) ixracat bazarının lideri olan Baykar, dünyanın ən böyük müdafiə şirkətlərindən biri olan Leonardo ilə əməkdaşlıq anlaşması imzalayıb. Anlaşma çərçivəsində iki şirkət, İtaliyada ortaq silahlı PUA istehsalı həyata keçirəcək.

Bu barədə TurkicWorld-ə Baykar şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Baykarın silahlı PUA və süni intellekt texnologiyalarındakı üstün bacarığı, Leonardo’nun vəzifə sistemləri, faydalı yüklər və sertifikatlaşdırma qabiliyyətləri ilə birləşəcək. İki şirkət, əməkdaşlıqlarını kosmik araşdırmalar sahəsinə də daşıyacaq.

“Anlaşmanın əsasını iki şirkətin sənaye və insansız vasitələr sahəsində bir-birini tamamlayan xüsusiyyətləri təşkil edir. İtaliyada qurulacaq ortaq müəssisə, insansız hava sistemlərinin layihələndirilməsi, inkişafı, istehsalı və texniki xidməti kimi mövzuları əhatə edəcək. İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Leonardo-nun baş qərargahında keçirilən imza mərasiminə İtaliya Müdafiə Naziri Guido Crosetto da qatılıb. Müqaviləni Baykar İdarə Heyətinin sədri Səlçuk Bayraktar və Leonardo-nun Baş Direktoru Roberto Cingolani imzalayıb”, - deyə məlumatda bildirilir.

Seçilən
28
turkic.world

1Mənbələr