Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Manset.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, liderlər ticarət-iqtisadi və enerji əməkdaşlığı sahələrində layihələri müzakirə ediblər. “İkitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı bəzi cari məsələlər, o cümlədən Rusiya Federasiyası Prezidentinin 2024-cü ilin noyabrında Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq ticarət-iqtisadi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə edilib”. Qeyd edək ki, Vladimir Putin 2024-cü ilin noyabrında Astanaya səfər edib.