AZ

YAP Laçın rayon təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirdi

8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm  təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınların  iştirakı ilə keçirilən bayram tədbirini Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov açaraq iştirakçıları  bayram münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Sonda tədbirdə iştirak edən qadınlara YAP Laçın rayon təşkilatı tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Seçilən
22
yeniazerbaycan.com

1Mənbələr