Azərbaycan və Haiti milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 21.45-də start veriləcək.
Qeyd edək ki, millimiz martın 25-də, saat 21.45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta