AZ

Türkiyə görüşü DETALLARI - İki dövlət arasında bu  mühüm addımlar atılacaq...

Martın 5-də Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdə olub.


Səfər çərçivəsində Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Eyni zaman Azərbaycan və Türkiyə dövlət başçıları arasında bir sıra məsələlər müzakirə olunub.


Görüşdən sonra hər iki dövlətin prioritetində hansı məsələlər dayanır?


Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Referans”




“İqdır-Naxçıvan qaz kəmərinin açılışı Azərbaycan-Türkiyə əlaqələrinin inkişafını, genişlənməsini və strateji maraqlarının üst-üstə düşdüyünü göstəricisidir. Bu, Azərbaycanın Naxçıvan bölgəsinin başqa ölkələrin asılılığından qurtarılmasıdır. Bu perspektivdə Zəngəzur yolunun açılması ilə bağlı özünəməxsus bir ismarıcdır. Bu həm də Azərbaycan və Türkiyə arasında enerji daşıyıcıları ilə bağlı əməkdaşlığın nümunələrindəndir. Hər iki ölkənin prioriteti regional əməkdaşlıq, enerji daşıyıcılarının  təhlükəsiz çatdırılması üçün Azərbaycan və Türkiyənin etibarlı tərəfdaş olduğunu göstərməkdir. Fikrimcə, Azərbaycan və Türkiyə perspektivli maraqlar və türk dünyasının ortaq çıxarlarını hədəfləyib layihələri reallaşdıra bilərlər”.


Siyasi şərhçi bildirib ki, eyni zamanda perspektivdə Orta Asiyanın yəni Türküstanın təbii ehtiyatlarının ortaq dəhlizlə Azərbaycana, Azərbaycandan Gürcüstana, oradan da Türkiyəyə, Türkiyədən isə dünyanın müxtəlif bölgələrinə çıxarılması sürətlənə bilər.


“Eləcə də Zəngəzur dəhlizinin açılması və Zəngəzur yolunun həm regional, həm qlobal əhəmiyyəti bir daha ortaya çıxır. Həm də bu layihə ilə Naxçıvanın böyük enerji daşıyıcıları ilə, xüsusilə, təbii qazla təmin olunması üçün xəttlərin şaxələnməsi də bunu göstərir. Yəni bir tərəfdən Türkiyədən, digər tərəfdən isə İrandan gəlir. Hər iki istiqamətdən gələn qaz regionda bölgənin təbii qaza olan ehtiyacının fasiləsiz təmin olunmasıdır”.

 

Fidan Vəlisoy

Seçilən
63
referans.az

1Mənbələr