Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Püşkatmada mübarizəni davam etdirən 8 klubun nümayəndələri iştirak edib.
''Football-plus.az'' xəbər verir ki, öz qrupunu lider tamamlayanlar, yəni ''Fənərbaxça'', ''Beşiktaş'', ''Trabzonspor'' və ''Konyaspor'' ''səpələnmişlər'' arasında yer alıb. Qrupu ikinci pillədə tamamlayanlar - ''Qalatasaray'', ''Göztəpə'', ''Bodrum'' və 3-cü divizion təmsilçisi ''İskəndərunspor'' isə ''səpələnməmişlər'' arasında yer alıb.
1/4 finalda bizi tarixi bir İstanbul derbisi gözləyir. Belə ki, ''Fənərbaxça'' öz meydanında ''Qalatasaray''ı qəbul edəcək! Türkiyə futbolu ilə yaxından maraqlananlar hazırda bu iki camiə arasında necə prinsipial rəqabət yaşandığını gözəl bilir.
Digər cütlərə gəlincə, ''Trabzonspor'' ''Bodrum''u, ''Beşiktaş'' ''Göztəpə''ni, ''Konyaspor'' isə ''İskəndərunspor''u qəbul edəcək.
Qeyd edək ki, qalib bir oyunla müəyyənləşəcək. Bu mərhələnin oyunları aprelin 1-3-də keçiriləcək. Bundan başqa yarımfinaldakı mümkün cütlər də bəlli olub.
Belə ki, İstanbul derbisinin qalibi ''Konyaspor'' - ''İskəndərunspor'' cütünün qalibi ilə, ''Trabzonspor'' - ''Bodrum'' cütünün qalibi isə ''Beşiktaş'' - ''Göztəpə'' cütünün qalibi ilə qarşılaşacaq.
Yarımfinal oyunları aprelin 22-24-də, final görüşü isə mayın 14-də keçiriləcək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta