AZ

Bamya suyunun faydasından çox adam xəbərsizdir: Acqarına içmək təsirini qat-qat artırır

Bamya suyunun faydasından çox adam xəbərsizdir:

Bamya suyu qan şəkərini tənzimləməyə və sağlam çəki saxlamağa kömək edən təbii vasitədir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xüsusilə diabet xəstələri və arıqlamaq istəyənlər üçün faydalıdır.

Diabetin idarə olunmasına necə kömək edir?
– Liflə zəngindir, şəkərin udulmasını yavaşladır və qan şəkərində sıçrayışların qarşısını alır.
– Güclü antioksidantları iltihabla mübarizə aparır, oksidləşdirici stressi azaldır.
– İnsulinə bənzər birləşmələri sayəsində qan şəkərini tənzimləyir.

Arıqlamağa necə kömək edir?
– Toxluq hissi yaradaraq iştahı azaldır və həddindən artıq yeməyin qarşısını alır.
– Həzm sistemini dəstəkləyir və bağırsaq sağlamlığını qoruyur.
– Aşağı kalorili və nəmləndirici içkidir.

Necə hazırlanır?
2-3 təzə bamyaları doğrayın, bir gecə suda saxlayın. Səhər parçaları çıxarıb acqarına için.

Niyə səhər içmək daha faydalıdır?
– Qida maddələrinin daha yaxşı sorulmasını təmin edir.
– Günə qan şəkərinin balanslı başlamasına kömək edir.
– Həzm və detoks proseslərini gücləndirir, arıqlamağa dəstək olur.

Qeyd: Bu məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyil.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
21
e-saglam.az

1Mənbələr