AZ

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın tərkibi dəyişib

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib. Buna qədər komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri idi.

Əmək və əhalinin sosial müdafiəsi naziri komissiyanın üzvləri siyahısında yer alıb.

DOĞRU.AZ

Seçilən
48
4
dogru.az

3Mənbələr