39 yaşlı ispan hücumçu Alvaro Neqredo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, peşəkar karyerası ərzində 716 rəsmi oyunda 269 qol vuran Neqredo, bir vaxtlar “Beşiktaş” formasını da geyinib. O, həmçinin “Sevilya”, “Valensiya”, “Mançester Siti” kimi klublarda çıxış edib.
Təcrübəli hücumçu La Liqa, Premyer Liqa və Super Liqa kimi çempionatlarda forma geyinərək bir sıra uğurlar qazanıb.