AFFA növbəti layihəni reallaşdırmağa başlayıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra uşaq evlərində futbol dərsləri keçiriləcək.

Təşkilatçı AFFA və Sosial Xidmətlər Agentliyidir. Dərslər Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 və 2 saylı uşaq evlərində həftədə iki dəfə olacaq.

Məqsəd uşaqların fiziki cəhətdən artımına dəstək vermək, onlara komanda işini öyrətmək və liderlik bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, bu dərslər uşaqlarda özünəinam yaratmaq, sosial bacarıqlarını artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.

Məşqləri AFFA tərəfindən ayrılan İradə Quliyeva (1 saylı) və Elvin Həmidov (2 saylı) keçir.

Həm qızlar, həm də oğlanların cəlb edildiyi layihənin iştirakçılarına AFFA tərəfindən idman ləvazimatları ayrılıb.