AZ

Masallı güləşçiləri ölkə mükafatına sahiblənib

Masallı güləşçiləri ölkə mükafatına sahiblənib

 

Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinə yekun vurulub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyanın təşkilatçılığı ilə keçirilən yarışlarda ölkənin ən güclü gənc güləşçiləri iştirak ediblər. 
Gəncə İdman Sarayında dörd gün (3-6 mart) davam edən respublika birinciliyində Masallı pəhləvanları bir gümüş, iki bürünc medal qazanıblar. Yunan-romaçılardan Məhəmməd Musalı (38 kq) və Azər Teymurov (41 kq) üçüncü, sərbəst güləşçimiz Tural Eynullayev (85 kq) isə ikinci yerə sahib olub.
Məlumat üçün bildirək ki, milli komandalara seçim xarakteri daşıyan yarışlara idmançılarımızı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri Orxan Məmmədli, Qismət Əkbərov və Hüseyn Hüseynli hazırlayıb.

 

Akif AĞAYEV

Seçilən
26
qht.az

1Mənbələr