Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın həmsədri maliyyə naziri olub. Daha əvvəl bu vəzifəni əmək və əhalinin sosial müdafiəsi naziri icra edib.