Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşk nəticəsində yarımfinala vəsiqə uğrunda hansı komandaların bir-biri ilə mübarizə aparacağına aydınlıq gəlib.
Belə ki, bu mərhələdə İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” bir-birinə rəqib olub. Digər İstanbul nəhəngi “Beşiktaş” da “Göztəpə”ni sınağa çəkəcək. “Trabzonspor”u isə “Bodrumspor”la oyun gözləyir. Digər yarımfinalçının adına da“Konyaspor”la “İskenderunspor” arasındakı oyunda aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə Kubokunda 1/4 final mərhələsi bir oyundan ibarət olmaq şərtilə keçiriləcək. Mərhələnin matçları aprelin 1-də, 2-də və 3-də təşkil olunacaq. Yarımfinal oyunları aprelin 22-də, 23-də və ya 24-də baş tutacaq. Final qarşılaşması isə mayın 14-də keçiriləcək.
Türkiyə Kuboku
1/4 final mərhələsi
“Trabzonspor” – “Bodrumspor”
“Konyaspor” – “İskenderunspor”
“Beşiktaş” – “Göztəpə”
“Fənərbağça” – “Qalatasaray”