AZ

Cənubi Koreyanın əhalisi 60 il ərzində iki dəfə azala bilər

Cənubi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dərc etdiyi “Cənubi Koreyanın Doğulmamış Gələcəyi” adlı hesabatda ölkənin 2023-cü ildə 0,72 ilə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdə olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, doğum göstəriciləri bu səviyyədə qalarsa, Cənubi Koreya əhalisinin 60 ildən sonra iki dəfə azalacağı gözlənilir.

Həmçinin hesabatda vurğulanır ki, Cənubi Koreyada aşağı doğum səviyyəsi yüksək təhsil xərcləri, uzun iş saatları, məhdud iş qrafiki və iş ilə ailə həyatını balanslaşdırmaqda çətinliklərlə bağlıdır.

Seçilən
19
xalqcebhesi.az

1Mənbələr