AZ

Culfada avtomobil piyadanı vuraraq öldürüb

Culfada piyadanı avtomobil vuraraq öldürüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad rayon sakini 1993-cü il təvəllüdlü Tərxan Rzayevin idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon sakini, 1963-cü il təvəllüdlü Malik Əliyev vurulub. M.Əliyev aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Əliyev Naxçıvan Yol Təmir Tikinti MMC-nin Culfa sahəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
5
apa.az

6Mənbələr