AZ

Bakı metrosunda problem yarandı

Metronun “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “BakıMetropoliteni” QSC məlumat yayıb.

Bildirilir ki, “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

“Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”, – qurumdan vurğulanıb.

Seçilən
78
8
tribunainfo.az

10Mənbələr