Bakı, 6 mart, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, əvəzinə xəttə qatar verilib.
İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.