AZ

“Bu sovqat Səudiyyə və Azərbaycan xalqları arasında qardaşlığı daha da gücləndirmək üçündür” – Səfir

Yazını böyüt
Yazını kiçilt

Bu gün İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz əl-Səud adından “Dünya ölkələrinə xurma paylanılması” proqramı çərçivəsində 5 tondan ibarət xurma hədiyyəsi Səudiyyə Ərəbistanı səfirliyi vasitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) təqdim olunması ilə bağlı mərasim keçirilib.

Hafta.az-ın yazdığına görə, mərasimdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov və proqram nümayəndələri iştirak edib.

Səfir İssam bin Saleh əl-Cuteyli  bildirib ki, bu kimi proqramların həyata keçirilməsi İki Müqəddəs Məscidi öz qoynunda saxlayan bir ölkə üçün təəccüblü deyil. “Səudiyyə Ərəbistanı yarandığı dövrdən bu yana, mərhum Kral Əbdüləziz, ondan sonra gələn layiqli rəhbərlər və hazırki rəhbərimiz Kral Salman və onun vəliəhdi Məhəmməd bin Salman həmişə dünyanın bütün ölkələrindəki müsəlmanların ehtiyacını yaxından hiss edib. Bugünkü mərasim Krallığın həyata keçirdiyi layihələrin davamıdır. Bu layihə çərçivəsində dünyanın 102 ölkəsi, o cümlədən Azərbaycanda müqəddəs Ramazan ayı münasibətilə xurma sovqatı paylanılır. Krallığın Azərbaycan müsəlmanları üçün təqdim etdiyi bu sovqat Səudiyyə və Azərbaycan xalqları arasında qardaşlıq və dostluq tellərinin gücləndirilməsi üçündür”, - diplomat deyib.

Səfir çıxışının sonunda bütün Azərbaycan müsəlmanlarını müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə təbrik edib.

QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov xurma sovqatı üçün Səudiyyə Ərəbistanı hökumətinə və Dini İşlər Nazirliyinə təşəkkür edib. “Bu sovqat bizim üçün çox böyük əhəmiyyət kəb edir. Çünki hər il olduğu kimi, Ramazan günlərində təqdim olunan bu sovqatı müsəlmanlara paylayaraq onların sevincinə səbəb olacağıq. Hesab edirəm ki, bu cür bayram sovqatları Azərbaycan və Səudiyyə xalqlarını bir-birinə daha da yaxınlaşdırır.  Buna görə də Səudiyyə Ərəbistanı kralı cənab Salmana, vəliəhd şahzadə Məhəmməd bin Salmana, Dini İşlər Nazirliyinə və Krallığın ölkəmizdəki səfiri möhtərəm İssam bin Saleh əl-Cuteyliyə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx həzrətləri və bütün Azərbaycan müsəlmanları adından minnətdarlığımızı bildiriririk”, - Bəxtiyar Nəcəfov deyib.   

Qeyd edək ki, QMİ-dən verilən məlumata görə, paylanılma prosesinə artıq start verilib və xurma svqatı nəinki Bakı şəhəri, hətta Azərbaycanın bir sıra bölgələrinə də çatdırılıb. Bu da o deməkdir ki, bu təşəbbüs öz gözlənilən hədəfinə çatıb.

Seçilən
48
hafta.az

1Mənbələr