Futbol üzrə Azərbaycan milli komandasının sabiq hücumçusu Ağabala Ramazanov bundan sonra “Zirə”də məşqçi kimi çalışacaq.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bundan sonra Ramazanov “Zirə”nin əsas komandasının məşqçilər korpusunda yer alacaq. Artıq tərəflər bununla bağlı rəsmi müqaviləyə də imza atıblar.
Xatırladaq ki, Ağabala Ramazanov UEFA B kateqoriyalı məşqçi lisenziyasına sahibdir. O, buna qədər məşqçi kimi “Zirə” PFK-nın futbol akademiyasında çalışıb. Ramazanov həmçinin 2020-2022-ci illər aralığında “Zirə”də futbolçu kimi çıxış edib və komandanın kapitanı olub.