Rusiya Ukrayna ilə bağlı yeni mövqeyini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Ukrayna ilə bağlı danışıqlar aparılmır və hələlik bu mövzuda heç bir sənəd yoxdur.
Zaxarova həmçinin bəyan edib ki, ABŞ addımlar atdıqdan sonra Rusiya Ukrayna məsələsində dialoq üçün öz nümayəndəsini təyin edəcək.
O qeyd edib ki, Moskva və Vaşinqton ABŞ-ın əvvəlki administrasiyası tərəfindən məhv edilmiş əlaqələri indi bərpa edirlər.
Zaxarovanın sözlərinə görə, əlaqələrin bərpasında Rusiyanın ABŞ-a yeni təyin olunmuş səfiri Aleksandr Darçiyev də iştirak edəcək.
ds by