ABŞ dünya nizamını məhv edir.
Sherg.az xəbər verir ki, bu sözləri Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı deyib.
"Bu, sadəcə olaraq dünya nizamını dəyişməyə çalışan şər oxu deyil. ABŞ dünya nizamını məhv edir və indi də təhlükəsizlik məsələlərini ABŞ-nin iştirakı olmadan Avropaya həvalə etməyə çalışır", - o bildirib.
Zalujnı həmçinin NATO-nun gələcəyi ilə bağlı narahatlığını ifadə edərək, alyansın öz mövcudluğunu dayandıra biləcəyini və Rusiyanın növbəti addımının Avropaya hücum olacağını iddia edib.