Bakı. Trend:
2025-ci ilin yanvar ayında Türkiyədə baş verən ümumi qəza sayı46 min 689 olub.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Baş Polis İdarəsindən məlumatverilib.
İdarədən verilən məlumata görə, yanvar ayında avtomobilsürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzalarınsayı 40 min 835, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləriqəzaların sayı isə 5 min 854 olub.
“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananlarınsayı 16 min 233, vəfat edənlərin sayı isə 119 nəfər təşkil edib.” –deyə idarədən bildirilib.
Məlumata əsasən, 2025-ci ildə Türkiyədə törədilən qəza sayı 97min 553 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdətörətdikləri qəzaların sayı 85 min 302, qeydiyyatda olduğu ərazidənkənarda törədilən qəzaların sayı isə 12 min 251 olub.
Qeyd edilən dövrdə, qeydiyyata alınan qəzalarda yaralananvətəndaşların sayı 35 min 629, vəfat edənlərin sayı isə 308 nəfərtəşkil edib.