Prezident Vladimir Putin bildirib ki, Rusiyaya Ukraynada gələcək üçün sülhü və təhlükəsiz şəraitdə sabit inkişafı təmin edəcək sülh variantına ehtiyacı var.
O, bu məsələdə Rusiya tərəfinin hər hansı güzəştə getməsini istisna edib. “Biz özümüz üçün sülhün bizə uyğun variantını seçməliyik və uzun tarixi perspektivdə ölkəmiz üçün sülhü təmin etməliyik. Bizə sülh və təhlükəsizlik şəraitində ölkəmizin sabit inkişafını təmin edəcək variant lazımdır.
“Bizə başqalarına məxsus heç nə lazım deyil, amma biz də özümüzə məxsus olan heç nədən imtina etməyəcəyik”, – Putin deyib. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün şərtləri Ukrayna Silahlı Qüvvələrinin “DXR” və “LXR” ərazilərindən, Xerson və Zaporojya vilayətlərindən çıxarılması, habelə Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi adlandırıb. Rusiya hakimiyyəti ərazi güzəştlərinin mümkünlüyünü istisna edib.
Eyni zamanda, Ukrayna təhlükəsizlik zəmanəti tələb edir, bunun üçün Avropa ölkə ərazisində sülhməramlıların yerləşdirilməsini təklif edir. Moskva Avropa sülhməramlıları ideyasını rədd etdi.
//Samir Qurbanov, Editor.az