AZ

Rusiya XİN Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Moskvada abidəsinin ucaldılması haqda

Bakı. Trend:

Qarşıdakı zamanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevinabidəsinin ucaldılması Azərbaycan və Rusiya üçün mühümmədəni-humanitar hadisəyə çevriləcəkdir.

Trend xəbər verir ki, bubarədə bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuatxidmətinin rəhbəri Mariya Zaxarova deyib.

“Biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətə,dövlət xadiminə böyük ehtiramla yanaşır, xatirəsini qoruyubsaxlayırıq”, - o bildirib.

Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digərşəhərlərində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı anımtədbirləri keçirilib.

“Qarşıdakı zamanda abidənin ucaldılması ölkələrimiz üçün mühümmədəni-humanitar hadisə olacaqdır”, - o bildirib.

Xatırladaq ki, Moskvada ölkəmizin Rusiyadakı səfirliyininyaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri HeydərƏliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist ƏməyiQəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər SovetininBaykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyasısədrinin abidəsi ucaldılacaq”.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev,Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müaviniVitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları,SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirakediblər.

Seçilən
45
1
az.trend.az

2Mənbələr