BMT 10 ölkəyə 110 milyon dollar yardım ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Qlobal humanitar maliyyələşmənin azalmasını nəzərə alaraq BMT Mərkəzi Fonddan 100 milyon dollar yardım ayırıb. Bu vəsait dünyanın ən az maliyyələşən və unudulmuş 10 ölkəsinə həyati əhəmiyyətli yardımları təmin edəcək. Bura kritik vəziyyətdə olan Afrika, Asiya və Latın Amerikası ölkələri daxildir”, – qurumdan bildirilib.
O da qeyd olunub ki, dünyada 300 milyon insanın təcili humanitar yardıma ehtiyacı var, lakin maliyyələşmə hər il azalmağa doğru gedir, bu il isə rekord minimum həddə çatıb.
Maliyyə yardımının 1/3 hissəsi Sudana yönləndiriləcək. Digər ölkələr isə Çad, Əfqanıstan, Venesuela, Honduras, Zambiya, Mavritaniya, Niger, Somali və Mərkəzi Afrika Respublikasıdır.//Globalinfo.az