AZ

Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür

Bu gün Azərbaycan Cümhuriyyətinin Milli Şurasının sədri, XX əsr Azərbaycan tarixinin böyük şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

“Oxuməni.az” xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 70 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və dörd il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Daha sonra azad olunan siyasi xadim Almaniyaya gedib. İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdaraq Ankarada yerləşib.

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin, 1955-ci il martın 6-da gecə saatlarında üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan!» deyərək əbədiyyətə qovuşub. Görkəmli şəxsiyyət Ankaradakı Əsri qəbiristanlığında dəfn edilib.

Hazırda Türkiyə paytaxtında M.Rəsulzadənin və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə bir küçə "28 mayıs" adlandırılır. Novxanıda görkəmli xadimin abidəsi ucalır.

Almaz Həsənli

Seçilən
111
1
oxumeni.az

10Mənbələr