AZ

Alvaro Neqredo futbolçu karyerasını başa vurdu

İspaniya millisinin sabiq hücumçusu, son olaraq “Valyadolid” klubunun formasını geyinmiş Alvaro Neqredo futbolçu karyerasını bitirib.

Arena.az xəbər verir ki, futbolçu 39 yaşında bu qərarı verib.

Neqredonun sonuncu iş yeri La Liqa təmsilçisi “Valyadolid” olub. O, ötən ilin yayında, cari mövsümün əvvəlində bu klubdan ayrılandan bəri işsiz idi. Məhz özünə yeni klub tapa bilməməsi veteran hücumçunun karyerasını sonlandırması ilə nəticələnib.

“Rayo Valyekano” və “Real” (Madrid) klublarının yetirməsi olan Alvaro Neqredo karyerası ərzində “Sevilya”, “Kadis”, “Almeriya”, “Valensiya” (hamısı İspaniya) “Mançester Siti”, “Midlsbro” (hər ikisi İngiltərə), “Əl-Nəsr” (BƏƏ) və “Beşiktaş” (Türkiyə) komandalarında da çıxış edib.

Neqredo “Mançester Siti”nin heyətində 2013/2014-cü illər mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb. O, “Sevilya” ilə 2009/2010 mövsümündə İspaniya Kubokunun, “Əl-Nəsr”lə də Birləşmiş Ərəb Əmirlikləri Liqa Kubokunun qalibi olub.

Alvaro Neqredo 2009-cu ilin oktyabr ayında debüt etdiyi İspaniya millisinin heyətində 21 oyun keçirib və 10 qol vurub, 3 məhsuldar ötürmə verib. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.

Seçilən
94
7
arena.az

10Mənbələr