AZ

Kripto bazarında diqqətlər Ağ Evdəki sammitə yönəlib

ABŞ-dən gələn xəbərlərlə hərəkətliliyin davam etdiyi kriptovalyuta bazarında sabah Ağ Evdə keçiriləcək Kriptovalyuta Sammintində ABŞ Prezidenti Donald Trampın verəcəyi mesajlar yaxından izləniləcək.  

Vəzifəyə başladığı andan etibarən kriptovalyutalara müsbət yanaşan Tramp, bu müddət ərzində bazardakı dinamikanı gücləndirib.  

Sammit, kriptovalyuta sənayesinin aparıcı simalarını, yüksək vəzifəli rəhbərləri, investorları və Rəqəmsal Aktiv Bazarları üzrə İşçi Qrupunun üzvlərini bir araya gətirəcək.  

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Sammitə Ağ Evin Süni İntellekt və Kriptovalyutalar üzrə koordinatoru Devid Sacks rəhbərlik edəcək.

Bu müddətdə ABŞ-nin strateji ehtiyatlarına beş kriptovalyuta layihəsini əlavə edəcəyini elan edən Trampın sabah verəcəyi mesajlar böyük maraqla gözlənilir. Onun burada ölkənin "Bitcoin" ehtiyat strategiyasını açıqlayacağı gözlənilir.  

Trampın edəcəyi açıqlamaların bazarlara təsir edəcəyi və bazar aktivliyini artıracağı proqnozlaşdırılır.  

Ştatlar da "Bitcoin"lə bağlı ehtiyat planları təqdim edir

ABŞ-də Trampın kriptovalyuta dostu iqtisadi idarəetmə modelinin təsirləri müxtəlif sahələrdə hiss olunur. Demokratlar Partiyasının hakimiyyəti dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası ("SEC") bir çox kriptovalyuta şirkətinə qarşı məhkəmə iddiaları qaldırmış, bu isə bazara mənfi təsir göstərmişdi. 

Lakin son həftələrdə bu məhkəmə işlərinin əksəriyyətində kriptovalyuta şirkətləri üçün müsbət qərarlar çıxarılıb.  

"SEC", kriptovalyuta birjası "Coinbase" və "Coinbase Global"ə qarşı davam edən məhkəmə işinin dayandırıldığını elan edib.  

ABŞ-də fəaliyyət göstərən "Kraken", "Robinhood", "Gemini" kimi birjalar, eləcə də "Consensys", "OpenSea" və "Uniswap Labs" kriptovalyuta şirkətləri ilə bağlı da oxşar qərarlar verilib.  

Kriptovalyuta şirkətlərinə qarşı açılmış istintaqların bağlandığı bir vaxtda ABŞ-nin bir sıra ştatlarında "Bitcoin"in ehtiyatlara əlavə edilməsi ilə bağlı qanun layihələri parlamentlərə təqdim olunub.  

Əgər bu qanun layihələri təsdiqlənərsə, ştatlar da "Bitcoin" ala biləcək.  

Rəhim

Seçilən
82
valyuta.az

1Mənbələr