Dağıstan sakini uşağını satmaqda şübhəli bilinir. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə martın 6-da yaydığı məlumatda deyilir.
“İstintaqın məlumatına görə, 2024-cü il oktyabrın 25-də 39 yaşlı yerli sakin uşaq dünyaya gətirib və evə buraxıldıqdan sonra onu əvvəlcədən razılaşdırılaraq tibb müəssisəsinin əməkdaşına təhvil verib”- administrasiyanın mətbuat xidməti. Hələlik körpənin cinsiyyəti açıqlanmır. Faktla bağlı cinayət işi açılıb. İstintaqın gedişi Dağıstan Prokurorluğunun nəzarətindədir.
//Samir Qurbanov, Editor.az