AZ

“Avropa Rusiya ilə istənilən qarşıdurmada qalib gələ bilər” - Tusk

Avropa Rusiya Federasiyası ilə istənilən qarşıdurmada qalib gələ bilər.

“AzPolitika” xarici KİV-ə istrinadla xəbər verir ki, bunu Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl Polşanın Baş naziri Donald Tusk deyib.

"Bütövlükdə Avropa həqiqətən Rusiya ilə istənilən qarşıdurmada qalib gəlməyə qadirdir: maliyyə, iqtisadi və ya hərbi. Biz sadəcə olaraq buna inanmağa başlamalıyıq və bu gün bu baş verir", - o, deyib.

Tusk Rusiya və Belarusla sərhədlərdə Aİ və NATO-nun hərbi mövcudluğunun gücləndirilməsi məsələsini qaldıracağını vurğulayıb, həmçinin transatlantik alyansın gücləndirilməsinə çağırıb.

O, həmçinin qeyd edib ki, Avropanın təhlükəsizliyi ABŞ ilə əməkdaşlığa laqeyd yanaşmaq demək deyil: "Bu gün Amerika bir qədər daha tələbkar və çətin tərəfdaşdır. Lakin öz müdafiəsini gücləndirməklə Avropa transatlantik münasibətlərin möhkəmlənməsinə təsir göstərməlidir. NATO-nun və ABŞ ilə müttəfiqliyin qorunması mütləq prioritet olaraq qalmalıdır".

“AzPolitika.info”

Seçilən
2
azpolitika.info

1Mənbələr