AZ

Rusiya gömrükçüləri 2 milyon dəyərində zərgərlik məmulatı ilə Ermənistana uçmağa hazırlaşan əcnəbi vətəndaşı saxlayıblar

Rusiya Federal Gömrük Xidmətinin mətbuat xidməti xəbər verir ki, Şeremetyevo Hava Limanında gömrükçülər 2 milyon rubl dəyərində üç çamadan zərgərlik məmulatı ilə Ermənistana uçmağa hazırlaşan əcnəbi vətəndaşı saxlayıblar.

Onlar 10,5 minə yaxın gümüş məmulatın qanunsuz ixracına cəhdin qarşısını alıblar. Çindən Moskvaya uçan 50 yaşlı əcnəbi İrəvana 2 milyon rubl dəyərində zinət əşyaları ixrac etməyə cəhd edib” – Federal Gömrük Xidmətinin mətbuat xidməti bildirir. Ekspertiza göstərib ki, əşyalar 925 əyar gümüşdən hazırlanıb.

Gümüş əşyaların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Saxlanılan şəxsi 5 ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr