Xəzər dənizinin Novxanı sahilində ölü suitilər aşkarlanıb. Bununla bağlı yayılan videoda cəsədin üzərində güllə yarası olduğu və başlarının kəsildiyi bildirilir.
Bəs həqiqətən də kimsə suitiləri güllələyibmi?
Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mehman Axundov bildirib ki, cəsəd üzərindəki güllə yarası deyil.
Videoda cəsədin ətrafa pis qoxu yaydığı da bildirilir.
Mehman Axundov deyib ki, suitilərin yaz miqrasiyası prosesi ilə əlaqədar Abşeron yarmadasının şimal hissəsində hər il belə hallar müşahidə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.