AZ

57 yaşlı kişi güllə yarasından ölüb

Bilesuvar rayonunda güllə yarası alan kişi ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Surxay Şahbazov

Seçilən
19
7
qafqazinfo.az

10Mənbələr