AZ

ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələri ilə görüşəcək

ABŞ nümayəndə heyəti çərşənbə axşamı, martın 11-də Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak da daxil olmaqla, ukraynalılarla görüşmək üçün Ər-Riyada səfər edəcək. Nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxil olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fox News jurnalisti “X” sosial şəbəkəsində xəbər verib.

Martın 6-da Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş keçiriləcəyini bildirib.

 Onun sözlərinə görə, gələcək danışıqlar “mənalı”olmalıdır.

Bir gün əvvəl CNN öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın nümayəndələri Zelenski ilə gizli danışıqlar aparıblar. Telekanalın mənbəsinin sözlərinə görə, gizli danışıqlarda iştirak edən rəsmi şəxslərdən biri Amerika liderinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqdur.

Seçilən
7
1
nocomment.az

2Mənbələr