AZ

Narkotik asılılığından əziyyət çəkənlərin müalicə olunduğu mərkəzdə güclü yanğın olub VİDEO

Narkotik asılılığından əziyyət çəkənlərin müalicə olunduğu Reabilitasiya Mərkəzində güclü yanğın olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində qeydə alınıb.

Şəhərin 52-ci məhəlləsində yerləşən özəl reabilitasiya mərkəzindəki yanğınla bağlı əraziyə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 540 kvadratmetr olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyalarla birgə 180 kvadratmetr sahədə yanıb. Hadisə zamanı içəridə müalicə alan narkomanlar olsa da, xəsarət alan olmayıb. Həmin şəxslər aidiyyəti qurumlar tərəfindən binadan təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr