Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni üzvlər təyin olunub.
Belə ki, 28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində İdarə Heyətinin üzvü vəzifəsinə namizədlər - İmamverdiyeva Xumar Emil qızı və Baxşəliyev Xaqani Firdusi oğlu müsahibədə iştirak etmiş və müsbət rəy almışlar.