AZ

Culfada avtomobil piyadanı vuraraq öldürüb

Culfada piyadanı avtomobil vuraraq öldürüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad rayon sakini 1993-cü il təvəllüdlü Tərxan Rzayevin idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon sakini, 1963-cü il təvəllüdlü Malik Əliyev vurulub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Əliyevin Naxçıvan Yol Təmir Tikinti MMC-nin Culfa sahəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
29
5
cebheinfo.az

6Mənbələr