1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan qondarma rejimin qanunsuz silahlı birləşmələrində "komandanın 1-ci müavini" işləmiş Davit Manukyanın avtomobili Vətən müharibəsi zamanı "Bayraktar" PUA-sı ilə vurulub.
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Manukyanın özü sərbəst ifadəsində bildirib:
"Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Manukyan, eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri olub.