AZ

Belçika F-16-ların Ukraynaya çatdırılmasını təxirə salıb

Belçika ABŞ-dan ona F-35-lərin çatdırılmasında gecikmələrə görə Ukraynaya 30 ədəd F-16 qırıcısının çatdırılmasını ən azı ilin sonuna qədər təxirə salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belçikanın Baş Qərargah rəisi Frederik Vansina “Le Soir” qəzetinə müsahibəsində bildirib.

Eyni zamanda, ölkənin baş naziri Bart de Vever Aİ-nin Brüsseldə keçirilən sammiti öncəsi bəyan edib ki, Belçika bu il Ukraynaya F-16 ehtiyat hissələri, 2026-cı ildə isə döyüşə hazır olan qırıcıların özlərini tədarük etməyi planlaşdırır.

Fevralın 21-də Vansina bəyan edib ki, ilk Belçika F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ən azı bir il gecikəcək. Buna səbəb kimi F-35 təyyarələrinin Brüsselə çatdırılmasında gecikmələr də göstərilib. Belçika Baş Qərargahının rəhbəri də təyyarələrin Kiyevə göndərilməsinin Vaşinqtondakı gecikmələr səbəbindən ləngidiyini təsdiqləyib.

Belçikanın Amerika təyyarəsini yalnız 2025-ci ilin sonuna qədər alacağı, tam əməliyyat qabiliyyətinin isə 2027-ci ildə olacağı gözlənilir.

Seçilən
22
nocomment.az

1Mənbələr